AÇ-2017: Rusiya yığması 1/4-ə çıxdı

2017-09-25 18:02:10 / 1894 dəfə oxunub

Azərbaycanda qadınlar arasında voleybol üzrə Avropa çempionatının qrup mərhələsinin son oyunları keçirilir.

Trend-in məlumatına görə, bu gün Bakıda C qrupunda Rusiya və Bolqarıstan yığmaları qarşılaşıblar.

İlk set bolqar idmançıların xeyrinə olsa da (21:25), rus voleybolçular ikinci setdə təşəbbüsü ələ alıblar (25:20). Lakin üçüncü setdə Bolqarıstan təmsilçiləri əzmkar oyun nümayiş etdiriblər - 23:25. Dördüncü set Rusiya idmançılarının qələbəsi ilə başa çatdığı (25:21) üçün C qrupunun lideri tay-brekdə məlum olub. Burada rusiyalı voleybolçular daha üstün oyun göstərərək qrup lideri kimi 1/4 finala yüksəliblər.

Bolqarıstan yığması isə "pley-off"da rəqibini gözləyir.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!