Səudiyyə Ərəbistanı tarixində ilk

2017-09-25 18:05:02 / 4731 dəfə oxunub

Müstəqilliyinin 87-ci ili qeyd olunan Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınların stadiona daxil olmalarına icazə verilib.

Adalet.az xəbər verir ki, Ər-Riyaddakı Kral Freyd stadionunda keçirilən mərasimə qatılan qadınlar subay kişilərdən ayrı yerdə əyləşdirilib.

İzləyicilər arasında yer alan 25 yaşındakı Sultana maraqlı açıqlama verib:"Həyatımda ilk dəfə stadiona gəldim və bu an özümü cəmiyyətin içində hiss etdim. Ümid edirəm ki, qadınlara başqa icazələr də verilər. Məsələn, avtomabil sürmək və səyahət etmək".

Səudiyyə Ərəbistanı qadın hüquqları üzrə dünyanın ən pis ölkələrindən biridir. Səudiyyə qadınlarına avtomabil sürməyə icazə verilmir. Qadınlar pasportunu ala bilmir və həyat yoldaşının və ya ailə üzvlərinin icazəsi olmadan xaricə səyahət edə bilməz.

Ancaq əhalinin əksəriyyəti Sünni İslam cəmiyyətinə məxsus olan Səudiyyə Ərəbistanı, qadınların hüquqlarını yaxşılaşdırmaq üçün addımlar atır.

2013-ci ildə ilk dəfə olaraq Qadınlar Şurasına 150 qadın qatılmışdı. Hökumətin məsləhətləşməsinə səbəb olan məclisə 30 nəfər qadın daxil oldu. 2015-ci ildə seçkilərdə qadınlar ilk dəfə seçilmək hüququna malik idi.

Sonda bəzi qadınlar gələcəkdə həmin stadionda futbol izləmək arzularını da dilə gətiriblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!