Xızıdakı partlayışda vətəndaşlara dəyən ziyan hesablanır

2017-09-26 15:10:19 / 5738 dəfə oxunub
"Xızıda baş verən partlayışla bağlı yaradılan komissiya hələlik işini yekunlaşdırmayıb”.

Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib. Baş nazirin müavini qeyd edib ki, hazırda vətəndaşlara dəyən ziyan hesablanır:

"Yəqin ki, gələn həftədən başlayaraq evlərin təmirinə və insanlara yardım göstərməyə başlayacağıq. 1-2 ay ərzində bu iş başa çatdırılacaq”.

A.Şərifov partlayış zamanı dəymiş ziyanı da açıqlayıb: "Orada 5 ev sökülüb yenidən tikilməlidir. Digər evlərə isə yüngül zərər dəyib”.

Ərazilərin mərmilərdən təmizlənməsinə gəlincə, baş nazirin müavini bildirib: "İlin axırına qurtarsaq böyük məsələdir. Mərmilər 20 kilometr məsafəyə yayılıb. İlk növbədə evlər, həyətlər, əkin sahələri təmizlənib. Ancaq, dağ və meşələr isə mərmilərlə doludur. Hazırda onların təmizlənməsi istiqamətində işlər aparılır. Biləvasitə partlayışın olduğu ərazidə çoxlu sayda partlamamış mərmilər var”.

Baş nazirin müavini bildirib ki, partlayışın səbəbi barədə məlumatsızdır: "Bu barədə heç nə deyə bilmərəm. Bununla bağlı Hərbi Prokurorluqda araşdırma aparılır”.(azvision)

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!