FACEBOOK bağlanır

2017-09-26 17:51:47 / 6039 dəfə oxunub

Rusiyanın mediaya nəzarət qurumu "Roskomnadzor” (Rabitə sahəsində informasiya texnologiyaları və kütləvi kommunikasiyaya nəzarət üzrə Federal xidmət) dünyanın ən böyük sosial şəbəkəsinin 2018-ci ildə Rusiya istifadəçiləri üçün bağlanacağını bildirdi.

Adalet.az rus mediasına istinadən xəbər verirki, "Roskomnadzor”un rəhbəri Aleksandr Jarovun sözlərinə görə, Feysbuk Rusiyada qadağan olunan Linkedin-in aqibətini təkrarlaya bilər.

Məlumat üçün bildirək ki, Feysbukun qurucusu Mark Zukerberq öz hesabında paylaşdığı videoda Rusiya ilə bağlı qalmaqallı iddialar səsləndirmişdi.

O, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini və bunu Feysbuk vasitəsilə həyata keçirdiyini bildirib. Rusiya da öz növbəsində, deyilənlərin absurd olduğunu və sosial şəbəkənin bu ölkədə qadağan ediləcəyi ilə hədələyib.


Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!