Azərbaycanlı məşhurların səs analizi - "…Duyğu verə bilmir"

2017-09-27 19:22:25 / 2374 dəfə oxunub

Türkiyənin məşhur musiqi ekspertiEmre Yücelenazərbaycanlı məşhurların səsini analiz edib.

Sabahinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki,Yücelen "Youtube"də canlı yayıma girərək bir neçə müğənnimizin ifalarını dinləyib.

O, əvvəlcə xalq artistiAlim Qasımovun məclislərin birində oxuduğu muğamı analiz edib:

"Tenor səs bu deməkdir. Budur, boğazlar var, superdir. Bu mənim cahilliyimdir, yəqin ki, dinləyənlər var. Həqiqətən də çox superdir. Elə bir tilovu atırsan, sonra özünə tərəf çəkirsən. Alim Qasımov bu cür ifa edir. Səsi kiçik bir şəkildə tutur, daha sonra böyüdür və sinə səsini qataraq oxuyur".

E. YücelenƏzizə Mustafazadənin bütün albomlarına qulaq asdığını söyləyib:

"Əzizə Mustafazadənin möhtəşəm səsi var. Bunun nəyini analiz edəcəyik? Mükəmməl caz ifaçısıdır. Bu qədər peşəkar pianino çalmaq olar? Siz bir vokal zamanı keçidlərinə baxın. Onu heç kəslə müqayisə etməyin. Hər şey qaymaq kimidir".

Eksper "O ses Türkiyə"də yarışanTamara Muradovanın ifası haqqında da fikirlərini bölüşüb:

"Texniki baxımdan yaxşı oxuyur. Səsinin rənq çaları qatıdır. Boğazları yaxşı edir. Oxuyan zaman səsini itirmir".

Yücelen sosial şəbəkədə populyarlaşanÇinarə Məlikzadənin səsini analiz edib:

"Giriş mükəmməldir. Texniki olaraq da yaxşıdır. Boğazları ağzı açıq şəkildə edir. Halal olsun. Mahnı oxumaq səs çıxarmaqdan deyil.Üz mimikaları da olmalıdır. Analiz etdiyim bütün azərbaycanlı ifaçıların səsi güclüdür. Mikrafonsuz performans göstərə bilərlər".

O,Elnur Hüseynovun səsinin 4 oktava olduğunu iddia edib:

"Texnikası əladır. Xəfif səslə və ağzı açıq oxuyur. Sinə səsini mükəmməl işlədir. Səsini ara-sıra sıxır, bud a təbii ki, tenordur. Onun bir stili var. Ən azı 4 oktava səsi var. Eşidilən səs belədir. Düşünürəm ki, burada səs şousu göstərir. Mən olsaydım sinə səslərimi azaltmazdım. Mahnının orijinal formatından uzaqlaşıb, duyğu verə bilmir".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!