BAZA TƏDRİS MƏKTƏBLƏRİNDƏ TƏCRÜBƏÇİ TƏLƏBƏLƏRİN SINAQ DƏRSLƏRİNƏ BAŞLANILIB

2017-09-28 20:28:03 / 5560 dəfə oxunub

Gəncə Dövlət Universitetinin baza tədris müəssisəsi olan Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə təcrübəçi tələbələrin sınaq dərsləri təşkil olunub.

İlk dərsi Qiyabi şöbənin Riyaziyyat müəllimliyi ixtisasının 5-ci kurs tələbəsi Zahidə Əsgərli məktəbin 9-cu sinifində keçib. Sınaq dərsində Zahidə Əsgərli şagirdlərə "Ədədin kub kökü” mövzusunu tədris edib.DərsdəTəcrübə və karyera şöbəsinin əməkdaşları, 39 nömrəli məktəbin təcrübə rəhbəri, fənn müəllimləri və məktəbdə təcrübədə olan Riyaziyyat müəllimliyi ixtisasının tələbələri iştirak ediblər. Təcrübəçi tələbə dərsini müasir tələblər səviyyəsində təşkil edib, tədris etdiyi mövzuya aid geniş əyani vəsaitlərdən istifadə edib və şagirdlərə ətraflı məlumat çatdırıb. Dərsdən sonra təcrübəçi tələbənin dərsi müzakirə olunub, ona buraxdığı nöqsanlar və çatışmazlıqlar izah olunub.

İkinci sınaq dərsini isə Qiyabi şöbənin Bədən tərbiyəsi və idman müəllimliyi ixtisasının 5-ci kurs tələbəsi Mustafa Abbaslı məktəbin 5-ci sinfində keçib. Sınaq dərsində Mustafa Abbaslı şagirdlərə "Texniki taktiki fəaliyyətin mənimsənməsi” mövzusunu izah edib. Təcrübəçi tələbənin dərsi orta məktəblilər tərəfindən yaxşı mənimsənilib və sinfin şagirdlərinə müsbət təsir göstərib.

Qeyd edilib ki, Təcrübəçi tələbə Mustafa Abbaslı həm də Azərbaycanda və digər ölkələrdə kikboksinq üzrə müxtəlif növ idman yarışlarında iştirak edib, universitetimizin və respublikamızın idman sahəsində adını yüksəklərə qaldırıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!