ELMİ ŞURADA YENİ TƏDRİS İLİNDƏ QARŞIDA DURAN MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB

2017-09-26 20:29:06 / 5670 dəfə oxunub

Gəncə Dövlət Universitetində (GDU) Elmi şuranın 2017-2018-ci tədris ili üçün ilk – 1 saylı iclası keçirilib.

Əvvəlcə universitetin rektoru, professor Yusif Yisibov şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. Şura üzvləri tərəfindən gündəlikdə duran məsələlər səsə qoyulub və qəbul edilib.

Sonra Yusif Yusibov 2016-2017-ci tədris ilinin yaz və yay imtahan sessiyasının yekunu və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında məlumatla çıxış edib.

İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri haqqında hesabat verib.

Elmi katib tərəfindən Azərbaycan tarixi kafedrasının dosenti elmi adını almağa dair vəsatət qaldırırılıb və Elmi şurada keçirilən səsvermənin nəticələrinə əsasən həmin kafedranın müəllimi Sevinc Bağırovanın sənədləri Ali Attestasiya Komissiyasına göndərilib.

Sonda rektor Yusif Yusibov universitetin yeni elmi ad almış əməkdaşları – Ofeliya Müslümovaya Filologiya üzrə fəlsəfə doktoru, Bahar Hacıyevaya Texnika üzrə fəlsəfə doktoru və Aynur Həsənovaya Pedaqogika üzrə fəlsəfə doktoru diplomlarını təqdim edib və gənc alimlərə gələcək elmi, pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Bununla da Elmi Şuranın 1 saylı iclası yekunlaşıb.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!