İbrahim Cəfərova Miçurin Dövlət Aqrar Universitetinin fəxri professoru adı verilib

2017-09-12 09:51:04 / 5516 dəfə oxunub

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim CəfərovRusiyanın Tombov şəhərində yerləşən Miçurin Dövlət Aqrar Universitetin fəxri professoru adına layiq görülüb.

Fəxri ad 12-ci Ümumrusiya "Bağçılıq günü - 2017” sərgisi çərçivəsindəMDB rektorlar şurasının toplantısında verilib.İnkaredilməzhəqiqətdir ki, ADAU təkcə Azərbaycan ali təhsil məkanında deyil, onun xaricində də güclü maddi - texniki bazaya malik, hər cür təhsil şəraiti və müasir tələbə evləri olan təhsil müəssisəsi kimi tanınır. Təbii bunlar aqrar təhsilin inkişafına dövlət qayğısınınvə idarəetmənin düzgün, şəffaf formada həyata keçirilməsinin nəticəsidir. Elə bu səbəbdən də İbrahim Cəfərov fəxri adlara, dövlət mükafatlarına, minnətdarlıq və təşəkkürlərə layiq rektorlardandır. ADAU Miçurin Dövlət Aqrar Universiteti ilə də səmimi əməkdaşlıq edir, qarşılıqlı şəkildə yeniliklər öyrənilir, təcrübələrdən bəhrələnilir. Bu da kənd təssərrüfatı kadrlarının hazırlanmasına gərəkli töhvələr verir.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!