Dəmirçidən Lahıca yol çəkiləcək - Turizm mərkəzinə çevriləcək

2017-10-03 19:21:23 / 4278 dəfə oxunub

Şamaxının ən qədim kəndlərindən biri olan Dəmirçi kəndində turizm obyektləri yaradılır.

"Marja" xəbər verir ki, kənddən Lahıca qədər yol çəkiləcək. Nəticədə Lahıca məsafə, 70-80 kilometrdən 20 kilometrədək düşəcək.Dəmirçi kəndinə maraq böyük olacaq, turistlər gələcək.

Azərbaycan Prezidenti kənd sakinlərilə söhbət edib:

Prezident İlham Əliyev:Çox sağ olun. Dəmirçi kəndinə də yol çəkilib. Xoşunuza gəlir? İşıq, qaz, su, indi rahat yol, körpü.

Axund Nəbi İsgəndərov:Çox sağ olun, cənab Prezident, saymaqla qurtaran deyil, biz sadalamadıq ki, vaxtınızı alarıq.

Prezident İlham Əliyev:Buradan da Lahıca qədər yol çəkiləcək. Sizin Lahıcda da qohumlarınız yaşayır, indi onlara tez-tez baş çəkərsiniz.

Axund Nəbi İsgəndərov:Lahıca getmək üçün 70-80 kilometr yol qət edirdik. İndi 20 kilometr gedəcəyik. Bu, Sizin sayənizdə olacaq.

Prezident İlham Əliyev:Mən tapşırıq vermişəm, bu il işlər başlayacaq və yol gələn il istifadəyə veriləcək. Beləliklə, Dəmirçi kəndinə maraq böyük olacaq, turistlər gələcək. Necə ki, il ərzində Lahıca minlərlə turist gəlir, buraya da gələcək. Bu, həm yeni iş yerləri, həm də dolanışığın yaxşılaşması deməkdir. Dəmirçi kəndi ölkəmizin ən gözəl turizm mərkəzlərindən birinə çevriləcək. Dünya da biləcək ki, Azərbaycanda, Şamaxıda belə bir kənd və onun qədim məscidi var, burada gözəl insanlar yaşayırlar. Bax, Azərbaycanın gözəlliyi və qüdrəti bundan ibarətdir.

Axund Nəbi İsgəndərov:Çox sağ olun, cənab Prezident, bunlar hamısı Sizin sayənizdə mümkün olub. Biz Sizdən çox razıyıq.


Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!