Qubada qarın yağması dayanmır

2017-10-04 10:35:48 / 5809 dəfə oxunub

Quabada qarlı hava şəraiti davam edir. Bu barədəQuba rayonunun icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov məlumat verib.

O qeyd edib ki, hazırda rayonda yağan qarın hansısa fəsad törətmə ehtimalı yoxdur:

"Bu payız qarıdır. Hələ ki ciddi problem yaratmayıb. Rayonda qaz, işıq, su problemi yoxdur. Nəqliyyatın hərəkəti üçün də maneə yaranmayıb”.

Y.Abidov gecə saatlarında yağıntının intensivləşdiyini bildirib:

"Əsasən dağlıq ərazilərdə, Xınalıqda temperatur aşağıdır, qar nisbətən çoxdur. Bu da ərazinin dağlıq olması ilə bağlıdır”.(modern.az)


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!