Lənkəran və Astarada evləri su basıb - 367 nəfər təxliyə edilib

2017-10-05 10:31:57 / 4879 dəfə oxunub
Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Eyni zamanda, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb.

Sabahinfo.az FHN-ə istinadən xəbər verir ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərə xilasetmə işlərini davam etdirir.

Oktyabrın 4 və 5-də gecə saatlarından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə rayonlarında müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 367 nəfəri təhlükəsiz yerlərə təxliyə ediblər.

Xilasetmə işləri barədə əlavə məlumat veriləcək.​

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!