Astarada 83 yaşayış məntəqəsi işıqsız qalıb - Kəndlərlə əlaqə kəsilib

2017-10-05 11:59:47 / 4548 dəfə oxunub
Oktyabrın 2-dən 5-dək yağan intensiv yağışlar nəticəsində Astaranın 83 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində problem yaranıb.

Bu barədə Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hazırda elektrik enerjisinin bərpa edilməsi üçün ərazidə briqada işləyir.

"İranla sərhəddə yerləşən Suparibağ inzibati ərazi nümayəndəliyinin Astara çayı ilə həmsərhəd olan Rudəkənar, Məscid məhəllə, Qapıçı məhəllə kəndlərində subasma olub. Gecə saatlarında 75 ailə təxliyə olunub. Fövqəladə Komissiya ərazidə araşdırma aparır, təxminən 150-ə yaxın evi su basıb. Zingüləş (Astaraçay üzərində ), Ovala, Motlayataq (Pensər çay üzərində) kəndlərində çay üzərində olan körpüləri su aparıb. Pensər çayının daşması nəticəsində Şağladüzə kəndi ərazisində avtomobil yolunun 30 metr ərazisini su yuyub və 3 kəndlə əlaqə kəsilib.

Deqədi-Pəlikəş avtomobil yolunda 17 yerdə torpaq sürüşməsi baş verib. Əraziyə texnika göndərilib, işlər gedir. Astara çayına yaxın olan ərazilərdə də subasma olub. Rayona dəyən ziyan araşdırılır”.(azvision)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!