Qafqaz sülh istəyirsə, rus birliyinə daxil olsun - Putinin müşaviri

2017-10-07 16:38:05 / 2516 dəfə oxunub

Əgər biz Qafqazda sülh istəyiriksə, o zaman bütün Qafqazı Avrasiya İttifaqına inteqrasiya etməliyik.

Sabahinfo.az xəbər verir ki, bunu "Azadlıq” radiosunun Ermənistan bölməsinə açıqlamasında Rusiya prezidentinin müşaviri Sergey Qlazev söyləyib.

"Avrasiya İttifaqının genişlənməsi təbii prosesdir. Bu, hələlik postsovet məkanında aparılır. Biz buradakı xalqlarla Rusiya imperiyasını, daha sonra Sovet imperiyasını yaratdıq. İndi isə bundan sonrakı 100 ili də birgə yarada bilərik. Avrasiya İttifaqı Avropa Birliyindən fərqli olaraq könüllülüyün tərəfdarıdır. Burada AB-də olduğu kimi məcburetmə yoxdur. Bunu biz Yanukoviçin AB ilə assosiativ sazişdən imtinası zamanı gördük. Eyni şey Qafqaza da aiddir. Əgər biz Qafqazda sülh istəyiriksə, bütün Qafqaz Avrasiya İttifaqına inteqrasiya olmalıdır”, – deyə o bildirib.

Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!