"Azərbaycan futbol ölkəsi deyil"

2017-10-07 17:00:51 / 1257 dəfə oxunub

"Dünya və ya Avropa çempionatının final mərhələsinə qatılmaq Azərbaycan üçün xəyaldır. Bu yığma üçün belə uğura nail olmaq isə həmişə çox çətindir. Çünki Azərbaycan futbol ölkəsi deyil. Çempionatımızda da cəmi 8 komanda oynayır və digər ölkələrlə müqayisədə səviyyə yüksək deyil".

Sabahinfo.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin baş məşqçisiRobert Prosineçkideyib.

Ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsində 10 xal qazanmağımızın Azərbaycan üçün rekord olduğunu bildirib: "Mən yığmada işə başlayanda FİFA reytinqində 135-ci idiksə, indi 93-cü pilləyə yüksəlmişik. Ölkə çempionu "Qarabağ" Çempionlar Liqasının qrupuna yüksələn ilk komanda oldu. Bu komandada gənc istedadlar da var. Azarkeşlər də oyunlara daha çox gəlir".

Müqaviləsi Almaniya ilə oyundan sonra başa çatan Prosineçki gələcək karyerasına aydınlıq gəlmədiyini söyləyib: "Müqaviləmin uzadılıb-uzadılmayacağını bilmirəm. Hər şeyi zaman göstərəcək. Görək necə olacaq. Almaniya ilə oyun mənim üçün xüsusidir. Çünki rəqib dünya çempionudur".


Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!