Putinin 65 yaş videosu izlənmə rekordu qırır

2017-10-07 16:59:47 / 2494 dəfə oxunub

Bu gün Rusiya prezidenti Vladimir Putinin 65 yaşı tamam olur.

Sabahinfo.az-ın "Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, "Youtube”da "Kuxnya prodakşn” kanalı Vladimir Putinin şərəfinə musiqili rolik yayımlayıb.

Videoda Eqor Krid və Molly-nin (Olqa Seryabkina) "Əgər sən məni sevmirsənsə” adlı dueti yer alıb.

Klipin qəhrəmanları Putin, Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Donald Tramp, Fransa lideri Emmanuel Makron və onun xanımı Bricit Makron, Amerikanın eks-prezidenti Barak Obama və digər siyasətçilərin fotolarından hazırlanmış maskalarla oxuyur və rəqs edirlər.

Qeyd olunur ki, video internetdə artıq izlənmə rekordu qırır.

Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!