Komada olan Şumaxerdən bəd xəbər

2017-10-07 20:53:53 / 2608 dəfə oxunub
"Formula-1″in əfsanəvi pilotu Mixael Şumaxerin boyu 14 sm qısalıb.

Sabahinfo.az Yenicag.az-a istinadən xəbər verir ki, 48 yaşlı pilot hələ də komadadır. Süni nəfəs aparatına qoşulu olan Şumaxer daima həkim nəzarətindədir. O, 174 sm boy və 74 kq çəkidən 160 kq boy və 45 kq çəkiyə düşüb.

Qeyd edək ki, 1 nömrəli pilot hazırda İsveçrədəki villasındadır. Bir müddət əvvəl Şumaxerin arvadı Korinanın onu reabilitasiya üçün ABŞ-a aparmaq istəməsi barədə də məlumat yayılmışdı.

Xatırladaq ki, 2013-cü ilin dekabrında Şumaxer dağ xizəyi zamanı kəllə-beyin travması alıb. Koma vəziyyətində olan pilot xəstəxanaya çatdırılıb. Burada o bir neçə dəfə əməliyyat olunub.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!