Ərdoğandan Qərbi hiddətləndirəcək mesaj: Bitdi!

2017-10-08 19:34:53 / 1869 dəfə oxunub
FETÖ dində də paralel quruluş yaratdı. Açıq danışaq, FETÖ artıq azğın bir təşkilata çevrilib.

Sabahinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İslamın əsas xəttindən kənara çıxan hər bir struktura yol açan Qərbin nə üçün onlara dəstək verməsini indi başa düşürük. FETÖ lideri Gülən hazırda Qərbdədir. FETÖ-nun Avropanın müxtəlif ölkələrində nələr təşkil etdiyini görürük. Qərb onlara niyə sığınacaq verir? Axı onlar xain, qatildirlər. Bizim məhkəmələrimizin onlar haqqında qərarları var, amma Qərb buna əməl etmir, lakin bizdən müəyyən adamları istəyir. Yox, mümkün deyil. Bizdən istədiyinizi ala bilmək üçün əvvəlcə bizə istədiyimizi verin. Məsələ bitdi!”, - Ərdoğan bildirib./axar.az/
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!