Dünyanın ən lüks həbsxanası – VİDEO

2017-10-08 19:46:03 / 1466 dəfə oxunub
Dünyanın ən lüks həbsxanalarından biri Holdendir.

Sabahinfo.az xəbər verir ki, 2010-cu ildə tikilən bu həbsxana Norveçdə yerləşir. Norveçin ikinci böyük türməsi olan Holden 252 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub. Buradakı məhbusların əksəriyyəti qətl, təcavüz kimi ciddi cinayətlər törədib. Bu həbsxananın əsas məqsədi buradakı cinayətkarları normal həyata qaytarmaqdır.

Məhbusların qaldığı hər kamerada yataq, kiçik soyuducu, kitab rəfi, televizor, stol-stul və hətta ayrıca vanna otağı var. Türmədə ümumi mətbəx və nahar üçün zallar, musiqi studiyası, bağça, idman zalı, kitabxana, kompüter zalı fəaliyyət göstərir. Onların burada təhsil alması üçün də hər cür şərait yaradılıb.

Məhbusların gündəlik maaşı 9 dollardır. Holdendəki mühafizəçilər bir qayda olaraq silah və qandal gəzdirmir və onların yarısı qadındır./axar.az/


Son xəbərlər
Dəyirmi masa keçiriləcək
2019-05-21 13:55:11
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!