"ASAN xidmət" mərkəzlərində nağdsız ödəniş imkanı

2017-10-09 10:21:34 / 2011 dəfə oxunub
"ASAN xidmət" mərkəzlərində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aparılması imkanı artıq təmin edilib.
 
Sabahinfo.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, Azərbaycan prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkədə maliyyə xidmətlərinin çatdırılması kanallarının inkişaf etdirilməsi, o cümlədən maliyyə xidməti istehlakçılarına daha əlverişli nağdsız ödəniş imkanının yaradılması istiqamətində fəaliyyətini davam etdirir. "Görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli, 685 nömrəli fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ASAN xidmət" mərkəzlərində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aparılması imkanı artıq təmin edilib", - deyə məlumatda vurğulanıb.

MBNP tərəfindən "ASAN xidmət" mərkəzlərində müxtəlif ödəniş həllərinin tətbiqi və görüləcək işlərin koordinasiyası məqsədilə bu ilin avqust ayında Mərkəzi Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən bankların,  həmçinin xidmət mərkəzlərinin də nümayəndələrinin təmsil olunduğu İşçi Qrupu yaradılıb. Birgə fəaliyyət nəticəsində 4 saylı Bakı "ASAN xidmət” mərkəzində və 2 saylı Bakı "ASAN Kommunal Mərkəzi"ndə ödəniş kartları ilə POS-terminal vasitəsilə təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması imkanı təmin edilib. Eyni zamanda, 1 saylı Bakı "ASAN xidmət" mərkəzində quraşdırılmış "ASAN ödəniş" terminallarında müvafiq xidmətlər üzrə ödəniş kartları vasitəsilə nağdsız ödənişlər aparıla bilər.
Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!