Pensiya və maaşlar nə qədər artırılacaq? (ŞƏRH)

2017-10-09 12:25:16 / 5654 dəfə oxunub
"Növbəti ildən əmək pensiyalarındakı artımlar hər zamankından daha çox ola bilər”.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir qeyd edib ki, nazirlik pensiyaların məbləğinin indeksləşdirilməsi ilə bağlı layihəni ilin sonunadək Prezident Administrasiyasına təqdim etməyə hazırlaşır.

Sabahinfo.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, həm təqaüd, həm də maaşlarda təqribən 13-14%-lik artım olacaq:

"Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, minimum əmək haqqları rəsmi inflyasiya həddi qədər artırılır. Pensiya və maaşların hesablanması buna uyğun aparılır. İndi rəsmi inflyasiya 14%-dir. Bu rəqəm ilin sonuna qədər həmin səviyyədə qalsa, indeksləşmə yanvarın 1-dən bu qədər olacaq (13-14%) . Dekabrın sonuna yaxın, yaxud yanvarın ilk günlərindən indeksləşmə həyata keçiriləcək. Minimum təqaüd alanlarda 15-20 AZN artım ola bilər”.
Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!