Bədənimizdə vitamin çatışmadığını necə bilək? –ƏLAMƏTLƏR

2017-10-09 14:53:43 / 1702 dəfə oxunub

Orqanizmdə vitamin çatışmazlığı səbəbindən bir çox problemlər yaranır. Bəs vitamin çatışmazlığının əlamətləri nələrdir? Ailem.az bununla bağlı türkiyəli professor Birsəl Kavaklının fikirlərini təqdim edir.

1. Görmə problemləri

Görmə problemlərinin yaşanması orqanizminizdə A vitamini çatışmazlığına işarə ola bilər. A vitamini normal və gecə görmədə dəstək verən bir vitamin növüdür. A vitamini çatışmadıqda gözdə kseroftalmi, yəni göz ağı və kormea parlaqlığını itirərək gecə korluğu kimi problemlər ortaya çıxarır.

Картинки по запросу 1. Görmə problemləri

2. Uzun müddətli yorğunluq

Orqanizmdə uzun müddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasya pozuqluğu hiss edilməsi B1 vitamini çatışmazlığına işarədir. B1, xüsusilə, beynin enerji istehsalı üçün lazımlı bir vitamindir.

Картинки по запросу yorğunluq


3. Dil və dəridə çatlar

Bəzi dəri xəstəlikləri və sinir sistemi pozuntuları B6 vitamini çatışmazlığından qaynaqlanır. Xüsusilə dodaq və dil çatlaması kimi əlamətlər orqanizmdə B6 vitamini çatışmazlığına işarə edə bilir. Bu vitamin çatışmadıqda hüceyrə yenilənməsi yavaşlayır və iltihablanma kimi dəri problemləri olur.

Картинки по запросу Dildə çatlar

4. Qan azlığı

Qan azlığı bəzən vitamin çatışmazlığının bir işarəsi ola bilər. Fol turşusu B vitamini ailəsinin bir üzvüdür. Fol, ya da B9 vitamini olaraq bilinir. B9 vitamini çatışmazlığı qan azlığının yaranmasına yol açan bir səbəbdir. DNT sintezi və hüceyrə bölünməsi zamanı əhəmiyyəti olan vitamin növüdür.

Похожее изображение

5. Zehni yorğunluq

Uzun müddətli yaşanan zehni yorğunluq B12 vitamini çatışmazlığını işarə edir. B12 vitamin çatışmazlığı zehni fəaliyyətə təsir edən bir vəziyyətdir. Zehni yorğunluq zamanla intellektual bacarıqların da yavaşlamasına yol açır. Əgər şəxsin uzun müddətdir unutqanlıq, hafizə itkisi kimi problemləri varsa, mütləq qanda B12 vitamininin səviyyəsi yoxlanılmalıdır.

Картинки по запросу Zehni yorğunluq

6. Dəridə asanlıqla yaranan qaralmalar

Bədəndə asanlıqla qaralmaların yaranması, ya da dəridə qırmızı-mavi rəngdə ləkələrin və nöqtələrin görülməsi C vitamini çatışmazlığını göstərir. C vitamini çatışmazlığı bədəndə müxtəlif toxumaların zərər görməsinə səbəb ola bilər.

Картинки по запросу dəridə qırmızı-mavi rəngdə ləkələrin və nöqtələrin görülməsi


7. Sümük ağrıları

Orqanizmdə D vitamini çatışmazlığı özünü sümük ağrısı, sümük əriməsi olaraq göstərə bilər. Çatışmazlıq nəticəsində yaranan sümük ağrıları bütün orqanizmdə hiss edilir. Bu ağrılara zamanla halsızlıq da qatılır.

Похожее изображение


8. Əzələ itkisi

Əzələlərdə yaranan zəiflik və gücsüzlük E vitamini çatışmazlığından qaynaqlana bilər. E vitamini çatışmazlığı əzələlərdə zamanla zəifləməyə yol aça bilir.

Картинки по запросу Əzələ itkisi


9. Həddindən artıq qanamalar

Orqanizmdə meydana gələn həddindən artıq qanamalar K vitamini çatışmazlığından yaranır. Menstruasiya qanamalarının uzun sürməsi, səbəbsiz yerə diş əti və burun qanamalarının yaranması, sidikdə qan görülməsi K vitamini çatışmazlığına işarədir.

Картинки по запросу K vitamini


10. Cansız dırnaq və saçlar

Saç və dırnaq bölgələrində yaşanan problemlər H vitamini, digər adı ilə biotin, ya da B7 vitamini çatışmazlığına işarə edə bilər. Saçlarda kəpəklənmə, tökülmə, cansızlıq, qırılmalar olur. Dırnaqlarda tez qırılma, yumşalma, ağ ləkələr və yavaş uzanma kimi əlamətlər ortaya çıxır.

Картинки по запросу Cansız dırnaq və saçlar

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!