İsmayılbəyli kəndində səyyar qəbul-görüş keçirildi

2017-10-06 16:00:12 / 4578 dəfə oxunub

Tərtər Rayon İcra Hakimiyyəti başçısının İsmayılbəyli kəndində səyyar qəbul-görüşü oldu.

Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

Rayon rəhbəri əvvəlcə müəllimləri peşə bayramları münasibəti ilə təbrik etdi. Onlara gənc nəslin təlim-tərbiyəsində uğurlar dilədi.

Sonra İsmayılbəyli kənd İƏD üzrə nümayəndənin müavini Elməddin Səfərov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Kənd ağsaqqalı Lətif Məmmədov çıxış edərək qonaqlara "xoş gəldiniz”, dedi. Kənd sakinlərinə göstərilən diqqət və qayğını dilə gətirdi, kəndə fasiləsiz  qaz, işıq verilməsindən razılıq etdi. Görülən işlərə görə respublika Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlığını bildirdi.

Sonra sakinlərdən Vüqar Əsədov, Həsən Əsgərov, Vidadi Musayev kənddə mövcud olan bəzi problemlərdən danışdılar. Onlar köhnəlmiş elektrik xətlərinin və naqillərin dəyişdirilməsi, suvarma suyu üçün 1 ədəd subartezian quyusunun qazılması, kəndarası yolun təmiri, Ayişə Məmmədova isə işlə bağlı müraciət etdilər. Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, bu istiqamətdə görülən işlərdən danışdı, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!