Tələbə adını qazanmış məzunlarla rayon ictimaiyyəti nümayəndələrinin görüşü

2017-10-08 16:40:22 / 5843 dəfə oxunub
08 sentyabr 2017-ci il tarixdə Oğuz şəhərindəki "Azərbaycan" Mədəniyyət Mərkəzində 2017-ci ildə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edərək tələbə adını qazanmış məzunlarla rayon ictimaiyyəti nümayəndələrinin görüşü keçirilmişdir.
     Rayonun ümumtəhsil məktəblərinin məzunlarının 2017-ci ildə əldə etdiyi nəticələr mövzusunda Oğuz  Rayon Təhsil Şöbəsinin müdiri E.V.Kərimov məruzə etmişdir.Oğuz şəhər 3 saylı məktəb-liseyin məzunu, Azərbaycan Xarici Dillər Universitetinin I kurs tələbəsi Töhfə Soltanova, 628 balla "Xəzər” universitetinin ingilis dili üzrə tərcüməçilik fakültəsinə qəbul olunmuş, M.F.Axundov adına Xaçmaz kənd 1 saylı tam orta məktəbin məzunu Laləndə Qədirovanın valideyni Gülnarə Feyzullayeva, Oğuz şəhər 3 saylı məktəb-liseyin ibtidai sinif müəllimi Xalidə Mirzəyeva tədbirdə çıxış etmişdir.
     Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı cənab E.D.Qurbanov tədbirdə çıxış edərək tələbə-gəncləri ali məktəblərə qəbul olunmaları münasibətilə təbrik etmiş, onlara təhsildə yeni uğurlar qazanmağı arzu etmişdir. Rayon İcra Hakimiyyəti adından qəbul imtahanlarında ən yüksək nəticələr qazanmış məzunlara mükafatlar təqdim edilmişdir.

Tədbirin sonunda məzunlarla xatirə şəkili çəkilmişdir.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!