“Messenger”də dəyişikliklər olacaq

2017-10-09 17:52:51 / 7652 dəfə oxunub
"Facebook” rəhbərliyi "Apple Music” əlavəsini özünün məlumat mübadiləsi əlavəsi olan "Messenger”ə inteqrasiya etmək qərarına gəlib. 

Sabahinfo.az  Lent.az-a istinadən xəbər verir ki, bu barədə tərtibatçılar üçün keçirilən F8 konfransında məlum olub. 

Bu funksiyadan yaxın zamanlarda bütün istifadəçilərin yararlanması mümkün olacaq. Funksiya istifadəçinin öz dostları, ailə üzvləri və digərləri ilə musiqi kompozisiyaları bölüşməsinə imkan verəcək. Həmçinin istifadəçinin həmin an üçün müəyyən əhval-ruhiyyəsinə uyğun musiqini tapmağa və öz pley-listini yaratmağa imkan verəcək. Belə bir funksiyaya daha əvvəl "Spofity” əlavəsində də rast gəlinib.

Funksiyanın musiqini tam olaraq səsləndirməsi, daha 30 saniyəlik bir hissəsini yayımlaması üçün istifadəçi "Apple Music” əlavəsində qeydiyyatdan keçməli olacaq. Bunu etmək üçün isə çat qruplara daxil olmalı və müvafiq genişlənməni yükləmək lazım gələcək.

Bu funksiyadan başqa, "Messenger” tərtibatçıları daha bir əlavəni dünyaya nümayiş etdiriblər. Artıq insanlar "Apple Music” əlavəsinin xüsusi botu ilə ünsiyyət qura biləcəklər. Onu isə istifadəçilər öz adlar siyahısına əlavə edə biləcəklər. Müəyyən smayllı məlumatı göndərməklə, bot həmin an istifadəçinin əhval-ruhiyyəsinə uyğun gələn pley-listi seçəcək.
Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!