Nadir Adilov gənclər haqda kitab yazdı: “Gəncsən? Başla!”

2017-10-09 21:39:26 / 1990 dəfə oxunub
Azərbaycan Universiteti və "ASAN Könüllüləri Təşkilatı gənclərin şəxsi inkişafı məqsədi ilə yeni layihələrə start verib.

Sabahinfo.az-ın məlumatına görə, Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə, gənclər və tələbələrin şəxsi inkişafı məqsədi ilə dr., dosent Nadir Adilovun müəllif olduğu "Gəncsən? Başla!” kitabı 1 500 tirajla nəşr edilib.

Kitab tələbə və gənclərin şəxsi inkişafına və sağlam karyera quruculuğuna dəstək məqsədi ilə yazılıb.

Kitabın ön sözünün müəllifləri millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin sədri dr. Fuad Muradov və Azərbaycan Universitetinin rektoru Səadət Əliyevadır. Nəşrin elmi rəyçisi Azərbaycan Universitetinin Sosial iş fakultəsinin dekanı Aygün Musayeva, redaktoru isə AMEA-nın doktorantı Elvin Paşayevdir.

Bu kitabda müəllif tərəfindən, tələbə və gənclərin planlı şəkildə inkişafı üçün praktiki məsləhətlər verilir. Şəxsi inkişafda tələbə və gənclərin planalaşdırma, xaricdə təhsil, özünə inam, beynəlxalq sertifikasiya proqramları, uğurlu CV, maliyyə savadlılığı, könüllü olmaq, milli və beynəlxalq tədbirlərdə iştirak, iş həyatı, uğurlu gələcək, asudə vaxtın səmərəli keçirilməsi, peşəkar çevrə, uğurlu vərdişlər, aktiv fəaliyyət, sosial işlərdə iştirakın şəxsi inkişafda rolunu göstərir. Yekun olaraq, kitab tələbələrə uğurlu bir məzun olmağın yollarını praktiki şəkildə izah edir./report/
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!