Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi: heç bir ay çəkmədi

2017-10-10 11:57:48 / 6160 dəfə oxunub
Bir müddət öncə birləşdirilərək yeni yaradılan məktəbdənkənar təhsil müəssisələrinə direktorların təyinatı barədə xəbər vermişdik.
Sabahinfo.az-ın məlumatında bildirilirdi ki, Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə boks üzrə əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Qismət Novruzov, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə Cəmilə Məmmədova və Cəmilə Fəyyaz Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinə direktor təyin olunmuşdu.

Bu gün isə artıq heç bir ayı tamam olmamış sözgedən şəxslər tutduqları vəzifədən azad olunublar.

Əldə etdiyimiz məlumata görə, Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə Teymur Qafarov, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə Əntiqə Rzayeva, Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinə Fariz Orduxanov 3 ay müddətinə direktor təyin olunublar.

Qeyd edək ki, T. Qafarov bu təyinata kimi "Təhsil” İdman Mərkəzinin, F. Orduxanov Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin, Ə. Rzayeva isə Uşaq və Yeniyetmələrin Yaradıcılıq mərkəzi” nin direktoru vəzifəsində işləyib.

Xatırladaq ki, Təhsil Naziri Mikayıl Cabbarovun "Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin rasionallaşdırılması barədə” imzaladığı əmrə əsasən Sumqayıtda fəaliyyət göstərən məktəbdənkənar müəssisələri birləşdirilib.

Belə ki, Sumqayıt şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Sumqayıt şəhər Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Sumqayıt şəhər Uşaq Yaradıcılıq Mərkəzi birləşdirilib və onların bazasında Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.
Bununla yanaşı, Sumqayıt şəhər Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və Sumqayıt şəhər Texniki Yaradıcılıq Mərkəzi də birləşdirilib və onların bazasında Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi yaradılıb.

Sumqayıt şəhər Uşaq-Gənclər Şahmat Məktəbi və Sumqayıt şəhər 2 saylı Uşaq-Gənclər İdman Məktəbi birləşdirilərək onların bazasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yaradılıb./xeberle/
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!