Arda "Arsenal"a gedir

2017-10-10 14:12:26 / 2706 dəfə oxunub

Arda Turan qış transfer pəncərəsində "Barselona"dan ayrıla bilər.

Sabahinfo.az-ın qol.az-a istinadən yaydığı xəbərə görə, "Arsenal" türk yarımmüdafiəçini transfer etmək istəyir. Bununla bağlı iki klub arasında danışıqlara start verilib. Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverdenin əsas heyətdə düşünmədiyi 30 yaşlı oyunçunu satmağa razılıq verəcəyi bildirilib.

Qeyd edək ki, A.Turanın "Barsa" ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır. O, bu mövsüm heç bir matçda oynamayıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!