“Skype” xidmətinə dəyişiklik edildi

2017-10-11 13:54:13 / 9428 dəfə oxunub
"Microsoft” şirkəti "Skype” xidmətinə "Cortana” səs köməkçisini inteqrasiya edib. Beləliklə, messencer artıq süni intellekt elementlərini dəstəkləyir.

Sabahinfo.az ICTnews-a istinadən xəbər verir ki, "Cortana” səs köməkçisi "Skype” istifadəçilərinə öz vaxtlarını planlaşdırmağa və danışığı dəstəkləməyə kömək edir, həmçinin daxil olan mesajları təhlil edərək, cavab variantları təklif edir.

Bundan başqa, "Cortana” təqvimdə həmsöhbətlər tərəfindən nəzərdə tutulmuş görüş haqda xatırlatma yaratmağa kömək edəcək.

İstifadəçilər birbaşa "Skype” xidmətində internetdə səsli sorğular vasitəsilə axtarış edə bilərlər.

"iOS” və "Android” mobil sistemləri üçün "Cortana” səs köməkçisinə malik "Skype” proqramı "App Store” və "Google Play” mağazalarında pulsuz yükləmə üçün əlçatandır.

"Skype” proqramı daxilində bu xidmətin imkanlarından hələlik yalnız ABŞ sakinləri istifadə edə bilərlər.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!