Mikayıl Cabbarovun tapşırıqlarını şərəflə yerinə yetirən - Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov

2017-10-12 10:40:43 / 5858 dəfə oxunub
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovdur.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Elnur İsmayılovu nüfuzdan salmağa çalışırlar. 

Məlumdur ki, Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovun barəsində son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Elnur İsmayılov deyil, həm də Azərbaycanın digər rayon Təhsil Şöbələrinin müdirləri hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barəsində yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Elnur İsmayoluvu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Elnur İsmayılovun şəxsi və işgüzar nüfuzuna xələl gətirmək istəyən insanların çirkin niyyətinə çatmayacağı da hamıya məlumdur. Görəsən həmin saytlar nəyə görə hazırda Göyçay rayonunda Təhsilin uğurlu inkişafından, bu sahədə görülən xeyli işlərdən yazılar hazırlamır? Görünən odur ki, onların çirkin niyyətləri buna imkan vermir. 

"Qara mətbuat”da Elnur İsmayılovun tutduğu vəzifədən kənarlaşdırılacağı haqda yalan xarakterli məlumatların yayılması onu göstərir ki, Elnur İsmayılovun dövlətçiliyə sədaqətlə xidmət göstərməsi və həyata keçirdiyi düzgün iş prinsipi kimlərəsə sərf etmir. Onun vəzifədən getməsini arzu edən, buna görə də hörmətli Elnur müəllim barədə yalan məlumatlar yayan insanların niyyəti baş tutmayacaq. Hazırda öz vəzifəsini uğurla davam etdirən və Göyçay rayonunda təhsilin inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin və cənab nazir Mikayıl Cabbarovun tapşırıqlarını şərəflə yerinə yetirən Şöbə müdiri Göyçay rayon Təhsilində işlərin yüksək səviyyədə qurulmasına nail olub.

Elnur İsmayılov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir. 

Elnur İsmayılov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Elnur İsmayılov ani və düzgün qərar qəbul edən nadir insanlardandır!

Prezident İlham Əliyevdən nümunə götürən Elnur İsmayılovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir!

Elnur İsmayılov heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!

Elnur Ismayılov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

P.S. Jurnalist peşəsinə hörmət edən hər bir şəxs Elnur İsmayılov haqqında yazılan materialları əvvəlcədən araşdırmalı, Elnur müəllimin özü ilə dəqiqləşdirməli və sonra dərc etməlidir.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!