Qazaxıstanla Qırğızıstan arasında gərginlik şiddətləndi – Nazarbayev sərhədə qoşun yeritdi

2017-10-12 11:59:57 / 2728 dəfə oxunub
Qazaxıstanın Qırğızıstanla sərhəddə yerləşən Korday kəndində hərbçilərin nəzarət etdiyi blokpostlar yerləşdirilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə informasiyanı "Azadlıq” radiosu yayıb. Hərbçilərin burada 10 oktyabrdan post qurduğu bildirilib. Sosial şəbəkələrdə isə artıq Qazaxıstanın Qırğızıstanla sərhədə ordu yeritdiyi iddia edilib.

Qeyd edək ki, bundan öncə "Korday” sərhəd keçid məntəqəsində Qırğızıstanın sərhədi sərhədi bağlanması nəticəsində böyük növbə yaranıb. Eyni növbələr Qırğızıstanla Qazaxıstan arasında yerləşən Çon Kapka, Ak-Jol və Ak-Tilek sərhəd-keçid məntəqələrində də meydana gəlib. Növbələrin yaranmasına digər səbəb Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının qonşu ölkədəki seçki ilə əlaqədar gücləndirilməsi haqqında qərar verməsi olub.

Qazaxıstan artıq sərhəd-keçid məntəqələrində qalan onlarla insanı qida və sığınacaqlarla təmin etməyə başlayıb.

Qazaxıstan-Qırğızıstan münasibətləri Qırğızıstan Prezidenti Almazbek Atambayevin qazax lider Nursultan Nazarbayevi ölkənin daxili işlərinə qarışmaqda günahlandırmasından sonra başlayıb. Atambayev Nazarbayevə xəbərdarlıq edərək, qırğız müxalifətinin liderlərindən heç birini qəbul etməməyə çağırıb. Qazaxıstan isə öz növbəsində Atambayevin sözlərini yalan və provokasiya adlandırıb. 
Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!