Türk Ordusu Suriyanın İdlib şəhərinə girib

2017-10-13 11:05:28 / 1879 dəfə oxunub

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib şəhərinə daxil olub.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, rəsmi Ankara Suriya ərazisində hərbi əməliyyatlara hazırlaşır və bu Moskva razılışadırılır. İŞİD terror qruplaşmasına qarşı əməliyyatların "Azad Suriya Ordusu" ilə birgə aparılacağı qeyd olunur.

Türkiyə ötən şənbə günü bəyan etmişdi ki, "diskalasiya zonalarının” yaradılmasına dair keçən ay Rusiya və İranla əldə etdiyi razılaşmaya əsasən, İdlib və onun ətrafında döyüş əməliyyatları aparacaq.

Türkiyə, Rusiya və İran arasında əldə edilmiş razılaşmaya əsasən Suriya ərazisində bir neçə təhlükəsizlik zonaları yaradılıb. İdlibin daxil olduğu zonaya Türkiyə nəzarət etməlidir.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!