"Atletiko"dan çəkinmirik" - Mahir Mədətov

2017-10-13 18:13:22 / 1248 dəfə oxunub
"İnter”lə oyun həmişə çətin olub. Çalışırıq ki, bu komandaya qarşı səbirli olaq. Çünki rəqib sıx müdafiə olunur”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın futbolçusu Mahir Mədətov Topaz Premyer Liqanın 8-ci turunda "İnter”ə qalib gəldikləri oyundan (2:0) sonra "CBC Sport”a açıqlamasında deyib.

Qələbənin asan olmadığını bildirən gənc hücumçu qol vura bilmədiyi üçün təəssüflənmədiyini qeyd edib: "Qurban müəllim də bizə demişdi ki, səbirli olun. Matçın süni ot örtüyündə olması bir qədər də işimizi çətinləşdirdi.

Qol vurmaq mənim işimdir. Ancaq qarşıma elə bir məqsəd qoymamışam ki, hər oyunda qol vurmalıyam. Qol vurmaq da ələ düşən fürsətdən asılıdır. Çalışıram ki, hər oyunda komandama xeyir verim".

M.Mədətov oktyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsində Bakıda "Atletiko” ilə qarşılaşacaqları oyun haqda da danışıb: "Rəqibin gücü bəllidir. Ancaq biz evdə tam başqa həvəslə çıxış edirik, daha rahat oluruq. Çalışacağıq ki, yax
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!