Türkiyə İdlibdə hərbi iştirakını genişləndirir

2017-10-14 11:42:16 / 1353 dəfə oxunub

Türkiyə Suriyada hərbi iştirakını genişləndirməkdə davam edir.

Sabahinfo.az-ın məlumatına görə, ötən gündən başlayaraq İdlibə çatdırılan hərbi texnika və heyətin sayı artırılmaqdadır.

Belə ki, ötən gün Türkiyəyə məxsus 8 tank, 50 zirehli texnika və 200-ə yaxın hərbçi Suriya ilə sərhədi keçərək İdlibə daxil olmuşdu. Hazırda isə bu say artmaqdadır.

Türkiyənin baş naziri Binəli Yıldırım isə bununla əlaqədar bildirib ki, Ankara Astanadakı əldə olunmuş razılaşma çərçivəsində hərəkət edir və əməliyyatları Moskva ilə koordinasiya edir.


Son xəbərlər
Dəyirmi masa keçiriləcək
2019-05-21 13:55:11
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!