Aygün: "Toya getmirəm, bizneslə qazanıram"

2017-10-14 15:23:21 / 2457 dəfə oxunub
Allah həmişə yaxşı adamları ətrafımda bol eləyir. Əgər bir tərəfdən çətinlik olursa, qarşımda başqa yerdən qapı açılır.

Sabahinfo.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Aygün Bəylər "Günə davam" verilişində deyib.

Muğam ifaçısı artıq toy məclislərinə getmədiyini bildirib:

"Dostlarım toylara getmədiyimi bilir. Ağıllı adamlar qazanc üçün başqa yollar tapır. Əvəllər pul qazanmaq üçün şərait az idi, indi çoxdur. Bir il toydan qazandığın pulu gözəl layihədən əldə etmək olur. Bir layihəni bütün dünyada tanıdırsan və qazanırsan. Toya getməsəm də, özümə kiçik bizneslər yaradıram.

Mənim musiqi ilə bağlı fikirlərim ciddidir. Düzdür, pul lazımdır, amma mən simfonik əsərlər yazmaq istəyirəm".

A.Bəylər son vaxtlar yeni mahnılar oxumamasının səbəbini açıqlayıb:

"Hər şey o qədər çoxalıb ki, əsl sənətkar özünə başqa məkan axtarmağa başlayır. Orada özümə aid olan sənətim, dünyam, dostlarım var. Sənətkar cəmiyyətdən uzaqlaşır".

Müğənni imicini tez-tez dəyişməsinə də aydınlıq gətirib:

"Hamı necə istədisə, elə oldum. Amma sonra gördüm alınmır. İndi özümü necə göstərmək istəyirəmsə, eləyəm".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!