"Faytonçu" Nazim: "Anama görə o həkimi bağışlamayacam"

2017-10-14 16:58:27 / 3337 dəfə oxunub

"Faytonçu" ləqədli müğənniNazim Pişyarisəhhətindən danışıb.

Sabahinfo.az xəbər verir ki,axşam.az-a açıqlama verən ifaçı bildirib ki, artıq reabilitasiya mərhələsini keçib:

"Hər şey yaxşılığa doğru gedir. Hətta artıq çəki də almışam. Əməliyyatdan sonra çox arıqlamışdım. İndi işimin başına da qayıtdım".

Sənətçi onu yanlış əməliyyat edən həkimElman Əzimovla aralarındakı məhkəmə prosesindən danışıb:

"Klinikanın əmlak və bank hesabları, əməliyyatı edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulub. Bu proses hələ bitməyib. İşə Binəqədi Rayon Prokurorluğunda baxılır. Onlar yəqin ki, Apellyasiya, daha sonra Ali məhkəməyə müraciət edəcəklər. Bu iş çox uzanacaq. Mənim onu bağışlamaq fikrim yoxdur. Allah bağışlayandırsa, bəndə nə karədir... Amma 4 ay mənəvi sarsıntı keçirən anamın göz yaşlarını necə unudum? 77 yaşlı anama bu həkimin çəkdirdiyini bağışlaya bilmərəm. Bu qadının nə günahı var idi? Onun mənə qoyduğu yanlış diaqnoz ailəmi sarsıtdı. Bunu bağışlaya bilmirəm".

Qeyd edək ki, Nazim Pişyari ilk dəfə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıbb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. Müğənni həkimin ciddi cəzalandırılmasını tələb edir. O, bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!