Sabahın havası - yağış, külək, qar

2017-10-16 12:50:23 / 2557 dəfə oxunub

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 10-12° isti, gündüz 13-15° isti, Bakıda gecə 10-12°, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 16-sı gündüzdən 17-si axşamadək Abşeron yarımadasında havanın təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi və yağışlı hava şəraiti fonunda temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək.

Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-11°, gündüz 15-18° isti, dağlarda gecə 0-4°, gündüz 4-7° isti olacağı gözlənilir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!