Azərbaycan milli komandası 23 pillə gerilədi - FİFA reytinqi

2017-10-16 14:22:45 / 2335 dəfə oxunub

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sabahinfo.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 23 pillə geriləyib. Millimiz 273 xalla 115-ci yerdə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində son oyunlarda Çexiyaya 1:2, Almaniyaya 1:5 hesabı ilə uduzan Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib. Bu matçlardan sonra xalımız 388-dən 273-ə düşüb.

Qeyd edək ki, siyahıya Almaniya (1631 xal)başçılıq edir. Braziliya (1619) ikinci, Portuqaliya isə üçüncüdür (1446).

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!