Cəlilabadda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair rayon müşavirəsi keçirilib

2017-09-08 15:31:20 / 4262 dəfə oxunub
06 sentyabr 2017-ci il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində keçirilən çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafına dair respublika müşavirəsindən irəli gələn məsələlərin Cəlilabad rayonunda icrası ilə bağlı rayon müşavirəsi keçirilmişdir. 

Müşavirədə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, aparatının məsul işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, qabaqcıl fermerlər və ictimaiyyət nümayəndələri iştirak edib.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov respublika müşavirəsində ölkə başçısının qarşıya qoyduğu vəzifələri bir daha sadalamaqla onların icrasından ötrü görüləcək tədbirlərlə əlaqədar geniş məlumat verib. Natiq bildirib ki, dövlət başçısının rayona növbəti səfəri bütün cəlilabadlıların yaddaşında uzun müddət qalacaq. Bu səfər həm də Cəlilabadın tarixinə qızıl hərflərlə yazılan bir əlamətdar hadisə oldu. Hazırki dövrdə ərzaq təhlükəsizliyinin ptioritet məsələyə çevrildiyini xüsusi vurğulayan Əziz Əzizov Prezident İlham Əliyevin müşavirədəki dərin məzmunlu çıxışının hər bir fermer, sahibkar, iş adamı üçün icrası vacib və strateji əhəmiyyət daşıyan fəaliyyət proqramı olduğunu diqqətə çatdırıb.RİH-başçısı bildirmişdir ki, cənab Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə ölkə iqtisadiyyatının post-neft dövrünə uyğunlaşdırılması məqsədilə qeyri-neft sektorunun durmadan inkişaf etdirilməsinin artıq dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdiyini diqqətə çatdırıb. İcra başçısı bununla bağlı ölkədə kompleks tədbirlərin görüldüyünü, Dövlət Proqramlarının, müvafiq fərman və sərəncamların imzalandığını, çoxlu sayda əmək tutumlu və sosial yönümlü layihələrin icra olunduğunu bildirib. Natiq qeyd edib ki, bunların arasında kənd təsərrüfatına daxil olan sahələrin inkişafına da geniş yer verilir və sentyabrın 4-də Lənkəran şəhərində keçirilmiş ümumrespublika müşavirəsi də məhz bu həyati əhəmiyyətli məsələlərə, aqrar sahənin ən gəlirli bölmələri olan çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafı məsələlərinə həsr olunub. Əziz Əzizov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin müşavirədəki proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrasından ötrü cavabdeh təşkilatlar və məsul şəxslərlə yanaşı bütün rayon ictimaiyyətinin səyi səfərbər olunmalı, frontal iş qurulmalı, bu sahəyə aid ictimai təşəbbüslərə dərhal reaksiya verilməli, fermer və sahibkarlara lazımi köməklik olunmalıdır. Ölkə başçısının tapşırığına əsasən rayonda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilmiş, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülmüşdür. Ötən il rayonda 426 hektar sahədə pambıq əkilmiş, 798 ton məhsul istehsal edilmişdir. Bu il pambıq əkini 500 hektara çatdırılmış və tam çıxış alınmışdır. Hazırda yığım işlərinə başlamaq üçün sahələrdə yüksək səviyyədə aqrotexniki tədbirlər görülür. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında dediyi kimi, "biz pambıqçılığın şöhrətini bərpa etdik. Artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu pambıqçılıq rayonlarında işsizliyi demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır”.Rayonda kənd təsərrüfatı məhsulları istehsalı və toxumçuluqla məşğul olan "Qreen fired-KT” MMC fəaliyyətə başlanılmışdır. Ümumilikdə 151 hektar sahəsi olan müəssisənin inzibati binasının tikintisinə yer ayrılmış, 2 artezian quyusu qazılmış, elektrik transformatoru quraşdırılmışdır. Dənli bitkilərin əkini üçün 120 hektar ərazidə toxumluq qarğıdalı əkilmişdir. Əziz Əzizov qeyd etdi ki: "Dövlət başçısının iştirakı ilə Lənkəran rayonunda keçirilən müşavirə qarşımıza çox mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin uğurla həyata keçirilməsi hər birimizin səyindən çox asılıdır. İnanıram ki, hər bir işdə olduğu kimi, Cəlilabadlı əkinçilər də bu vacib vəzifələrin icrasında öz səylərini əsirgəməyəcək, ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklər.” İclasda rayon suvarma sistemləri idarəsinin rəisi Mirhəsən Həsənov, rayon kənd təsərrüfatı idarəsinin rəisi Rahib Kərimov və başqaları çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!