Cəlilabadda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

2017-09-29 15:44:44 / 4348 dəfə oxunub
1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Cəlilabad rayonunda tədbir keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının I müavini Vidadi Dövlətov,hüquq-mühafizə orqanları nümayəndələri,aparat işçiləri iştirak etmişdir.

Tədbir iştirakçıları ilk öncə Cəlilabad rayon Heydər Əliyev parkında uçaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,önünə tər gül- çiçək dəstələri qoymuşlar.Sonra iştirakçılar möhtəşəmliyi ilə gözoxşayan Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini,həmçinin Cəlilabad rayonuna etdiyi səfərləri əks etdirən fotolarla tanış oldular.Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının I müavini Vidadi Dövlətov, 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib. O, qeyd edib ki, prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə ölkəmizdə hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluq öz inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.Vidadi Dövlətov bildirib ki, Prezident İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğıkeşliklə yanaşıb. Tədbirdə prokurorluq orqanlarının qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdiyi vurğulanıb.Tədbirdə Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov, rayon məhkəməsinin sədri Əliəjdər Ələkbərov,polis şöbəsinin sədri Mübariz Quliyev,səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbəsinin rəisi Həsrət İsmayılov və digər iştirakçılarda öz təbriklərini çıxış edərək bildirdilər.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!