Cəlilabad rayonununda hesabat yığıncağı keçirilib

2017-10-12 15:46:25 / 4506 dəfə oxunub
Hesabat yığıncağını giriş sözü ilə açan Cəlilabd rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd etdi ki, hesabat dövründə Cəlilabad rayonu üçün ilin ən mühüm hadisəsi Prezident İlham Əliyevin sentyabrın 2-də rayona tarixi səfəri olmuşur. 

Ölkə bşçısının Prezidet kimi 8-ci dəfə Cəlilabad rayonuna gəldiyini bildirən Əziz Əzizov hər bir gəlişin rayon üçün ciddi və əlamətdar hadisələrlə yadda qaldığını vurğuladı.Prezidentin sonuncu səfəri zamanı rayonda bir sıra böyük investitsiya tutumlu obyektlərin istifadəyə verilməsi, əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir.Səfər çərçivəsində Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin, rayon telekommunikasiya qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasının, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun, "Avanqard” MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsinin, "Günəşli-Aqro” MMC-nin aqroparkının istifadəyə verilməsi nəticəsində rayonda mindən artıq iş yeri açılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə yüksək məhsuldarlığa nail olunmuş, nəticədə, rayon üzrə 160,5 min ton buğda, 600 ton bostan məhsulları, 7,0 min ton şəkər çuğunduru və 13,0 min ton üzüm tədarük olunmuşdur. Rayonda aqrar bölmənin mühüm sahəsi olan kartof əkini ildən-ilə genişləndirilmiş və cari ildə 4200 hektara çatdırılmışdır. Nəticədə rayonda rekord miqdarda, 96,2 min ton yüksək keyfiyyətli kartof istehsal edilmiş, onun da 85,0 faizi xarici ölkələrə ixrac olunmuşdur.Hesabat dövründə Rusiya Federasiyasına 81,6 min ton kartof və 76 ton çiyələk, Küveyt dövlətinə isə 12 ton üzüm ixrac edilmişdir.Bu isə ixracın artırılması barədə ölkə başçısının göstəriş və tapşırıqlarının icrası nəticəsində mümkün olmuş, ölkəyə küllü miqdarda valyutanın gətirilməsinə nail olunmuşdur. Prezident İlham Əliyevin tapşırığına əsasən rayonda ənənəvi sahlərdən olan pambıqçılığın inkişaf etdirilməsi məqsədi ilə 500 hektar sahədə pambıq əkilmiş, indiyədək 365 ton məhsul istehsal edilmişdir. Həmçinin, rayonda baramaçılığın inkişafına diqqət artırılmış, bu məqsədlə ilkin olaraq 10 min ədəd tut ağacı əkilmiş, kümçilər tərəfindən 12 qutu ipəkqurdu yetişdirilərək "Şəki-ipək” ASC-yə təhvil verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında suvarma suyunun mühüm əhəmiyyət daşıdığı nəzərə alınaraq cari ildə 22,7 min hektar əkin sahəsi suvarılmışdır. Bundan başqa, 20 hidrotexniki qurğu təmir edilmiş, 265 kubmetr kanal lildən təmizlənmişdir. Bu ilin doqquz ayında rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydə alınan 1109 nəfərin 578-i daimi işlə təmin olunmuş, 22-nin sənədləri peşə hazırlığı kurslarına göndərilmiş, 24-ü ictimai işlərə cəlb edilmiş, özünüməşğulluq proqramının həyata keçirilməsi çərçivəsində 20 nəfərə mal-qara verilmişdir. Ötən dövr ərzində rayonda abadlıq quruculuq işlərinə xüsusi diqqət ayrlmış, Cəlilabad şəhərindəki 30 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, Göytəpə şəhərində leysan yağışlar nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evləri tikilmişdir. Bundan başqa, "46 nömrəli yol istismarı” MMC tərəfindən Göytəpə-Komanlı yolunun 5,7 kilometrinə asfalt vurulmuşdur. Hesabat dövründə rayonun Gülməmmədli kəndində 373 abonentə təbii qaz verilmiş, Xəlilabad kəndinə isə yaxın günlərdə verilməsi nəzərdə tutulmuşdur. Çıxış edən digər natiqlər hesabat döründə görülən işləri yüksək qiymətləndirmiş, qarşıdan duran vəzifələrin icrası üçün hər bir vətəndaşın səy göstərməli olduğu vurğulandı.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!