“Qarabağ” - “Atletiko” oyununun azarkeşlərinə pulsuz avtobus ayrılmayacaq

2017-10-16 16:03:53 / 3261 dəfə oxunub

Oktyabrın 18-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ”–"Atletiko” görüşünü izləyəcək biletli tamaşaçıların ödənişsiz daşınması həyata keçirilməyəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə Modern.az-a BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev qeyd edib ki, oyun günü Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən marşrut xətlərinin işinə nəzarəti gücləndirəcək:

"Xüsusi ekspress avtobusların ayrılması isə nəzərdə tutulmayıb”.

"Qarabağ” - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq

Qeyd edək ki, sentyabrın 27-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ”–"Roma” görüşünü izləyən biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ödənişsiz həyata keçirilmişdi.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!