Bilik günü münasibətilə Biləsuvar rayonunun ümumtəhsil məktəblərində tədbirlər keçirildi

2017-09-15 16:33:39 / 3913 dəfə oxunub
15 Sentyabr - Bilik günü münasibətilə rayonun bütün təhsil ocaqlarında tədbirlər keçirildi.Bilik günü münasibətilə keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayon Təhsil şöbəsinin kollektivi, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblərin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Biləsuvar şəhər 4 saylı tam orta məktəbində keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Əli Əliyev məktəb haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Məhz Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün rayonumuzun demək olar ki əksər məktəbləri ən müasit tələblərə cavab verən yeni binalarda fəaliyyət göstərir.Müəllim və şagirdlərimiz üçün bütün şərait yaradılmışdır.Ə.Əliyev məktəbin kollektivi adından qonaqları əmin etdi ki, məktəbimiz əvvəlki ənənəsinə sadiq qalaraq bundan sonra da bütün qüvvəsi ilə çalışaraq cəmiyyətimiz üçün əsl vətənpərvər və savadlı kadrlar yetişdirəcəkdir.

Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Kamil Qurbanlı çıxış edərək bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri Bilik günü münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.K.Qurbanlı bildirdi ki, Ölkə Prezidenti cənab İlham Əliyevin Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi yüksək qayğı və diqqət rayonumuzda da öz müsbət nəticələrini verir. Son illər rayonumuzda 13 yeni məktəb tikilmiş 7 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Təhsil ocaqlarının maddi-texniki bazası yenilənir, informasiya kommunikasiya texnologiyaları ilə təminat yaxşılaşdırılır.Bütün yaradılan bu şərait müəllimlərimizin rahat və gözəl binalarda işləsinlər, şagirdlərimiz isə gözəl məktəblərdə dərs keçsinlər.

Yeni dərs ilində rayonun ümumtəhsil ocaqlarında 1357 müəllim 13514 nəfər şagirdin təlim tərbiyəsi ilə məşğul olacaqdır. Bu il rayon üzrə 1194 nəfər uşaq məktəbəhazırlıq qruplarına cəlb olunmuşdur.1659 şagird isə rayonun 36 ümumtəhsil məktəblərinin birinci siniflərinə qədəm qoyacaq.
Bilik günü və Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbirlərdə məktəblərin kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri çıxış edərək öz xoş arzularını bildirdilər.
Sonda birincilərin hazırladıqları kompazisiya söylənildi və yeni tədris ilinin başlandığını bildirən ilk zəng səsləndi.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!