İbrahim Tatlısəsdən “Azəri qızı” Günelə oxuma qadağası

2017-10-17 10:31:39 / 3006 dəfə oxunub

Türkiyədə "Azəri qızı” ləqəbi ilə tanınan müğənni Günel Zeynalova İstanbul şəhərinin Nişandaşı səmtində şəxsi vəsaiti ilə gözəllik mərkəzi açıb.

Sabahinfo.az Axar.az-a istinadən xəbər verir ki, açılış mərasimi zamanı jurnalistlərə açıqlama verən müğənni ustadı İbrahim Tatlısəsə küskün olduğunu bildirib.

"İbrahim abi mənim atam kimidir. Lakin ona küskünəm. Özündən bir mahnı istədim. Vermədi. Əvvəlcə "hə” dedi. Bir müddət sonra işçisi vasitəsilə mənə xəbər yollayıb, mahnısını oxumamağımı istədi. Mən də oxumadım. Yıldız Tilbədən mahnı istədim. O isə pul istəmədən razılıq verdi”,- deyə G.Zeynalova bildirib.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!