Azərbaycanlı qız “O Səs Türkiyə”də münsifləri ağlatdı - VİDEO

2017-10-17 10:38:12 / 2295 dəfə oxunub

Türkiyənin TV8 telekanalında yayımlanan "O Səs Türkiyə" yarışmasında daha bir azərbaycanlı münsiflərin və tamaşaçıların marağına səbəb olub.

Sabahinfo.az-ın məlumatına görə, ötən gün səhnəyə çıxan Aynurə Şirinova "Annem" mahnısını ifa edib. Tamaşaçıların alqışladığı Aynurə üçün münsiflərdən Yıldız Tilbe, Murat Boz və Hadisə mübarizə aparıb.

Aynurə isə öz seçiminin Yıldız Tilbe olduğunu elan edib.

Qeyd edək ki, Aynurə Şirinovanın ifası münsifləri və tamaşaçıları qəhərləndirib...




Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!