"Ləhcə ilə danışılmamalıdır" - MTRŞ sədri

2017-10-19 14:46:08 / 1948 dəfə oxunub
"Ədəbi dil normalarının qorunması hər kəsin vətəndaşlıq borcu olmalıdır".

Sabahinfo.az-ın APA-ya istinadənməlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, hamı Ana dilini səlis bilməlidir:

"Hər birimiz orta məktəbdə "Azərbaycan dili" dərsi keçirik. Bu dərslik Azərbaycanın bütün bölgələrinin dilləri əsasında formalaşıb. O baxımdan biz hər hansı ləhcədə, dialektdə danışmamalı, alınma sözlərdən minimum istifadə etməliyik. Alınma sözlərdən yalnız Azərbaycan dilində qarşılığı olmayanda istifadə edilməlidir. Bu məsələdə əsas iş ziyalılarımızın, QHT-nın, ümumiyyətlə, cəmiyyətin fəal qisminin üzərinə düşür. Mən ədəbi dil normalarının qorunmasına həsr olunmuş konfransda da çağırış etdim ki, ziyalılar, QHT, cəmiyyətin fəal qismi bu işdə öndə getsinlər. Çünki Azərbaycan dilində danışanların sayı nə qədər azalırsa, bu, Azərbaycan dilinə ziyan vurur. Hər birimiz doğma torpağımızda, Azərbaycanda yaşayırıqsa, dilimizin inkişafına çalışmalıyıq, zəifləməsinə yox".

N.Məhərrəmli telekanallarda ədəbi dil normalarına riayət olunması sahəsində monitorinqlərin davamlı şəkildə aparılacağını da qeyd edib:

"Amma bu məsələdə əsas iş mütəxəssislərin üzərinə düşür. Dil sahəsində çalışan Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu, dil üzrə ayrıca Dövlət Komissiyası var. Onlar bu sahədə fikirlərini deməlidir. MTRŞ yalnız mütəxəssislərin rəyi əsasında hər hansı tədbir görə bilər".

N.Məhərrəmli AMEA Dilçilik İnstitutunun hazırladığı və ədəbi dil normalarının pozulmasına görə inzibati cərimələri nəzərdə tutan layihə ilə hələ tanış olmadığını da bildirib:

"Bu layihə ilə tanış olduqdan sonra fikir deyə bilərəm".
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!