Maşında söhbət edən 40 manat cərimə olunacaq

2017-10-19 16:25:08 / 3990 dəfə oxunub

Dünəndən sosial şəbəkələrdə sükan arxasında diqqəti yayındıracaq söhbət və hərəkətlərə görə sürücülərin 40 manat cərimələnəyi ilə bağlı məlumat müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri bildiriblər ki, bütün sürücülər sükan arxasında söhbət edir, onda gərək hər kəs cərimələnsin.

Bu məqamda belə bir sual yaranır ki, hansı söhbətin diqqət yayındırdığı polis tərəfindən necə müəyyən olunacaq?

Axşam.az xəbər verir ki,Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hər hansı bir yolda xidmət aparan polis inspektoru bunu vizual baxışla asanlıqla müəyyən edə bilər:

"Polis qarşı tərəfə-avtomobil gələn istiqamətə baxır. Bu zaman alın şüşəsində sürücünün hərəkətlərini, yanındakı sərnişinlə danışdığı aydın görünür. Belə olduğu halda isə təhlükəsizlik baxımından ona saxlama işarəsi verilir. Telefonla danışmağın özü inzibati xəta tərkibidir. Polis telefonla danışan şəxsi necə görür bəs? Deməli vizual baxış deməyə imkan yaradır ki, sürücü sükan arxasında mobil telefonla danışır. Diqqəti yayındıracaq söhbətlərin müəyyən edilməsi də eynidir.

O ki qaldı, mövzunuun sosial şəbəkələrdə müzakirə olunmasına, sərnişinlər özləri də diqqət etməlidir. Sükan arxasında oturan şəxs onların suallarını cavablandırırsa, deməli diqqətsiz sürücüdür və bu hərəkətinə görə haçansa qəza törədə bilər. Ən azından sürücü özü deməlidir ki, fikrini yayındırmasınlar. Qəza ani baş verir, ona görə də sükan arxasında olan sürücü diqqətli olmalı, bütün fikrini yola cəmləşdirməlidir”.


Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!