Əcnəbilərin Azərbaycanda yaşaması üçün tələblər dəyişdi

2017-10-20 13:41:10 / 1556 dəfə oxunub

Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün tələblər dəyişdirilib.

Belə ki, məcəllənin 53-cü - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər) maddəsində nəzərdə tutulan bəzi sənədlər tələb olunmayacaq.

Bu sənədlər ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə) arayış, nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləridir.

Bundan sonra iş icazəsinin verilməsi üçün Azərbaycan ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti də tələb edilməyəcək. Layihədə göstərilib ki, həmin sənədlərin olmaması üçün icazənin alınmasının (müddətin uzadılmasının) heç bir əhəmiyyəti yoxdur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.(modern.az)


Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!