Bu kəndə kişilərin girişi qadağandır

2017-10-21 10:10:34 / 4050 dəfə oxunub
Kenyada Umoja adlı kənddə yalnız qadınlar yaşayır.

Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu əraziyə kişilərin girişi qadağandır.

Umojanın maraqlı hekayəsi var. Kənd 1990-cı ildə ingilis əsgərlərinin 15 qadına təcavüz etməsindən sonra yaranıb. 27 il əvvəl həmin 15 qadın tərəfindən yaradılan ərazi sonradan digər şiddət görmüş qadınların da oraya getməsi ilə genişlənib.

Yalnız qadınlardan ibarət məskənin salınması fikrini isə ilk dəfə Rebekka Lolosoli adlı qadın irəli sürüb.

Hazırda Umojada 47 qadın və 200 uşaq var.

Qeyd edək ki, kəndin sakinləri kənd təsərrüfatı ilə məşğul olur və əldə etdikləri məhsulları qonşu kəndlərdə sataraq dolanırlar.

Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!