Azərbaycanda telefon bazarında oyun qaydaları dəyişə bilər

2017-10-23 16:16:09 / 9774 dəfə oxunub

İnsanlar arasında əlaqə hər zaman önəmli olub. Bu əlaqələr zamanla fərqli vasitələrlə yaradılırdı. Zamanla bəzi əlaqə vasitələri önəmini itirərək yerini yeni əlaqə vasitələrinə verir.0

Məsələn, bir zamanlar əlaqələr məktub vasitəsi ilə həyata keçirilirdi. Stasionar telefonların meydana çıxmasından sonra məktuba maraq demək olar ki, azaldı. 90-cı illərin populyar əlaqə vasitəsi olan peycerlər də mobil telefonların ortaya çıxmasından sonra önəmini itirdi.

Siyahını uzatmaq olar... Bütün bu əlaqə vasitələrini geridə qoyan internet isə gündəlik həyatımızın ayrılmaz hissəsidir.

İnternet vasitəsi ilə informasiya alırıq, 1000-lərlə kilometr uzaqda olan tanışlarımızla danışırıq, görüntülü görürük. Bəs görəsən internet, sosial şəbəkələr digər əlaqə vasitələri olan sabit telefon və mobil telefonu sıradan çıxaracaqmı?

Məsələ ilə bağlıModern.az-a danışan Azərbaycan İnternet Forumunun (AİF)prezidenti Osman Gündüz deyib ki, internet telefoniyasının populyarlaşması ilə bağlı müəyyən bir qaydalar hazırlanmalıdır.

"Bizdə telefon bazarında hələlik mobil telefon və sabit telefon üstünlük təşkil edir. Düşünürəm ki, sabit və mobil telefoniya ilə məşğul olanların maraqları Azərbaycanda internet telefoniyasının məşhurlaşmasının qarşısını alır. Bizdə beynəlxalq traffik Aztelekom-dan çıxır.

Bu qurum özü də bazarda telefon xidməti göstərir. Azərbaycanda internet telefoniya meydana çıxandan sonra bazarda müəyyən oyun qaydaları dəyişəcək. Dünyadan internet telefoniyası daha ucuz başa gəlir, daha keyfiyyətlidir və vətəndaşlara əl çatılmaz nöqteyi- nəzərdən daha sərf edir. Bizdə internetlə bağlı, xidmət göstərən şirkətlərlə bağlı müəyyən problemlər var”.

Osman Gündüzün sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu xidmətin populyarlaşmasını həll edə bilsə bundan büdcəyə də xeyli kömək gələr.

"Bu dəqiqə sabit telefonun əhəmiyyəti xeyli dərəcədə azalıb. Çox az halda sabit telefonlardan istifadə edilir. Rabitə Nazirliyi bazarda ciddi liberallaşdırma aparmalıdır, burada da əsas xətt internet telefoniyanın inkişafı ola bilər. Yəni daha əlçatan qaydalar, daha münbit şərait və daha cəlbedici tariflər müəyyən etməlidir. Hazırda şəhər telefonları tələbata cavab vermir, əlçatan deyil. Bununla yanaşı bizim mobil bazarda da vəziyyət ürəkaçan deyil.

Azərcell və Narmobile demək olar ki, birləşiblər, bunların arasında hansısa bir rəqabət yoxdur. Telefon bazarındakı rəqabəti artırmaq üçün nazirlik ciddi addımlar atmalıdır. Amma getdikcə vəziyyət elə olacaq ki, insanlar həm sabit telefonlardan, həm də mobil telefonlardan uzaqlaşıb internet telefoniyasına üstünlük verəcəklər”.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!