“Ardıcıl 2-ci dəfə bu mükafatı qazandığım üçün şadam” - Ronaldo

2017-10-24 10:10:10 / 2444 dəfə oxunub
"Mənə səs verən hər kəsə təşəkkür edirəm. Messi və Neymarı da xatırlatmaq istərdim”.

Sabahinfo.az-ın məlumatına görə, bu sözləri Madrid "Real”ının futbolçusu Kriştiano Ronaldo deyib.

2017-ci ilin ən yaxşı futbolçusu seçilən porutqaliyalı hücumçu mükafatlandırma mərasimindən sonra İspaniya mətbuatına açıqlama verib.

O, ardıcıl ikinci dəfə bu mükafatı qazandığı üçün çox sevindiyini bildirib: "Real”ın azarkeşləri, məşqçiləri və prezidenti il boyun mənə dəstək oldular. Onlara minnətdaram. Ardıcıl ikinci dəfə bu mükafatı qazanmaq mənim üçün əla məqamdır”.

Xatırladaq ki, K. Ronaldo bundan əvvəl 2008, 2013, 2014 və 2016-cı illərdə də FİFA tərəfindən dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!